"Kupalnik geyindiyinə görə Günayı daş-qalaq elədilər" - VİDEO

30 İyul 2018 15:08

"Hər şey daxil"də Günay İbrahimlinin efirdə yayımına qadağa qoyulan "Dəlisiyəm gecənin" mahnısının klipinə toxunan prodüser Tolik maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, prodüser "Günay kupalnik geyindi, onu daş-qalaq etdilər. Məgər onu daş-qalaq edən həmin şəxslərin evindəki qadınlar dənizdə kupalnik əvəzinə şuba ilə çimirlər?!" ifadələrini işlədib.

Xatırladaq ki, 2014-cü ildə lentə alınan mahnının klipinin məhz müğənninin sözügedən kadrlarına görə efirdə yayımı qadağa edilmişdi.

Tolikin mövzu ilə bağlı daha geniş açıqlaması videoda:

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: