Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Trabzonspor"un heyətində növbəti oyununu keçirib.
Milli.Az xəbər verir ki, Qara dəniz təmsilçisi "Samsunspor"la üz-üzə gəlib. Qarşılaşma "Trabzonspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev matçın 46-cı dəqiqəsində Sosanın əvəzinə meydana daxil olub və sona qədər mübarizə aparıb.
"Trabzonspor"da Perreyra, Vahid Amiri və Muhamməd Bəşir fərqlənib.
Milli.Az