5000 illik sevgi - Cütlüyün sarılmış vəziyyətdə sümükləri tapıldı - FOTO

28 İyul 2018 14:57

Qazaxstandan 5000  il əvvələ aid məzar tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Qazaxstanın Karaqanda ərazisindən 5000 il əvvələ aid insan və at sümükləri tapılıb.

Sümüklər bir qadın, bir kişi və iki ata aiddir.

İnsan sümükləri eyni məzardan tapılıb. Ehtimal olunur ki, onlar "Romeo və Culietta" sevgisi yaşayıblar və "o biri dünya"da da birlikdə olmaq üçün yanaşı basdırılıblar.

Həmçinin onların məzarının yaxınlığından iki at sümükləri və at arabası qalıqları da tapılıb.

Emin
Milli.Az