Məşhur aktyorla teleaparıcı paraşütlə atıldılar - VİDEO - FOTO

28 İyul 2018 13:43

ABŞ-da populyar komediya teleşousu olan "The Late Late Show"nun müəllifi və aparıcısı Ceyms Korden 4500 metr hündürlükdən paraşütlə atılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, o, məşhur aktyor, Hollivud ulduzu Tom Kruzla birlikdə atılışı gerçəkləşdirib.

Tom Kruz tryüklara alışdığından, heç bir çətinlik çəkmədən, qorxmadan, rahatlıqla aşağı atılıb.

Korden isə tam əksinə, təlimatçı ilə birlikdə atılsa da, həddən ziyadə qorxurdu.

56 yaşlı Tom Kruz əsl ustalıq nümayiş etdirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur aktyorla teleaparıcı paraşütlə atıldılar