Qızlar oğurlanmasın deyə üzlərinə tatu vururlar - VİDEO - FOTO

28 İyul 2018 13:50

Myanmanın dağlıq bölgələrində yaşayan çin tayfasından olan qadınlar və qızların üzləri döymələrlə doludur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu tayfadakı qızlar 12-14 yaşlarına çatanda onların üzləri tatuajla örtülür. Tatuların vurulması prosesi ağrılıdır, bir neçə gün davam edir.

Qədim rəvayətlərə görə, tayfanın ağsaqqalları kralın qızları oğurlayıb özünə cariyə etməsinə yol verməmək üçün qızların üzlərinin tatularla örtülməsinə qərar veriblər.

Adət 1960-cı illərədək qalmışdı. Sonucda ölkə hakimiyyəti işə qarışaraq çin tayfasında qadınların üzlərini tatularla bəzəmələrini yasaqlayıb.

Bu tayfadakı qadınlar qulaqlarına nəhəng sırğalar da taxırlar.

Polyak fotoqraf Adam Koziol çin tayfasında olaraq fotosessiya hazırlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qızlar oğurlanmasın deyə üzlərinə tatu vururlar