«Əl-Qaida» liderləri zərərsizləşdirildi

2 Aprel 2010 13:16
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, onlar ABŞ və İraq ordusunun birgə əməliyyatı nəticəsində zərərsizləşdiriliblər. ABŞ komandanlığından bildiriblər ki, saxlanılan şəxslər İraqın şimalında çoxsaylı qətllər və zorakılıqda ittiham edilirlər.

Öldürülmüş terrorçular arasında "Əl-Qaida"nın Şimali İraqdakı əmiri Xalid Məhəmməd Həsən Şalub əl-Cuburi, qruplaşmanın iqtisadi təhlükəsizlik məsələləri üzrə əmiri Əbu-Əhməd əl-Əfri, Mosulun sabiq qubernatoru Bəşər Xələf Hüseyn Əli əl-Cuburi də var.
Həbs edilmiş terrorçuların adları isə açıqlanmır.

Milli.Az