"Anama söz atma, murdar!" - McDonalds-da saçyoldu - VİDEO - FOTO

27 İyul 2018 13:52

Anama söyə bilməzsən! Anama söz atma, murdar!

Bunu qışqıran cüssəli qadın McDonalds fast-fud restoranında qadın müştəriyə hücum çəkib.

Həmin müştəri süd kokteylini restoranın işçisi olan cüssəli qadının üstünə atmışdı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-da, McDonalds restoranlarından birində baş verib.

Restoranın işçisi olan cüssəli qadın hirslənib, ona kokteyl atan müştəri qadını döyüb.

Olayı Nevada ştatının sakini Meri Dayaq çəkib, videonu sosial şəbəkələrdə paylaşıb.

"Müştəri qadın qazlı su istədi. Restoranda çalışan qadın isə ona "Bizdə pulsuz qazlı su verilmir" söylədi. Müştəri əlindəki süd kokteylini həmin cüssəli qadına atdı və saçyoldu, dava başlandı", - Meri Dayaq yazıb.

Polis olayı araşdırır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: