Rusiyalı məşhurlar “Jara” festivalına görə Bakıya axın etdi - FOTO

26 İyul 2018 23:13

Xəbər verdiyimiz kimi, "Jara-2018" Beynəlxalq Musiqi Festivalı start götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qırmızı xalı mərasimi ilə başlayan festivalda ulduz keçidi yaşanıb. Ani Lorak, Sergey Lazarev, "Qlyukoza", Qriqori Leps və "Cosmos girls", Artik və Asti, Soqdiana, "Qradusı" qrupu və digərləri medianın diqqət mərkəzində olub.

Dinamik auranın hakim olduğu festivalda Xalq artisti Emin Ağalarov səhnədə dünya şöhrətli aktyor Stiven Siqalla duet səsləndirib.

Həmçinin, tədbirdə Loboda, Anna Sedokova, Monatik, Filipp Kirkorov, Alekseev, MOT, Timati, Yuliya Kovalçuk, Denis Klyaver, Nyuşa, Burito, Doni, Aleksandr Panayotov, Feduk, Nikolay Baskav, Eqor Krid, Aleksey Çumakov və Natan da iştirak edir.

Qeyd edək ki, festivalın təşkilatçıları Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Milli.Az