Yunanıstanın paytaxı Afinanın şərq sahili yanğınlara təslim olub. Uşaqlar və ailələr də daxil olmaqla ən az 80 nəfər yanğından qaçmağa çalışarkən həyatını itirib.
Yanğınlar İsveçi də təsir altına alıb, şimal qütbünə qədər uzanıb. Portuqaliya, İngiltərə və ABŞ-da da son aylarda yanğınlar böyük ziyan vurub.
Bəs bu yanğınların başlanmasına yol açan nədir və onlarla necə mübarizə apara bilərik?
ABŞ-ın Kaliforniya ştatında baş verən yanğın
Yanğın necə başlayır?
Yanğınlar təbii yollarla istidən və ya şimşək vurması ilə meşəlik və ya ağaclıq ərazidə meydana gəlir.
Yunanıstandakı yanğınlardan biri
Lakin mütəxəssislər deyir ki, dünya miqyasında baş verən yanğınların 90%-i insan faktorundan qaynaqlanır.
Səbəb manqal kömürü, söndürülməyən siqaret və s. ola bilir. Benzin və oksigen olduğu müddətdə alovlar sürətlə böyüyür.
15 iyulda İsveçdə baş vermiş yanğın
London School of Economics-in ətraf mühit coğrafiyası mütəxəssisi Dr. Thomas Smith Yunanıstanda normanın əksinə bu il qışın və yazın çox quru keçdiyini deyir.
17 iyulda Avropa Kosmik Agentliyinin çəkdiyi şəkildə Norveçdən İsveçin mərkəzinə qədər uzanan qərb sahillərinin necə yandığı görülür
O, yağış miqdarının azlığı ilə yanaşı küləyin gücü və istiqamətinin də yanğının məhvetmə gücünə təsir etdiyini bildirir.
"Yanğın qığılcımları uzaq məsafəyə səfər edə bilir və kifayət qədər böyük olsalar kilometrlərlə uzağa çata bilir".
24 iyulda Afina yaxınlığında yanmış avtomobillər
Tıxacda ilişib qaldılar
Yunanıstanda avtomobillər daha çox alovlana bilən olduğu üçün ətrafdakı ağaclardan daha tez alovlanıb. Bunun üçün birbaşa alovla təmasa ehtiyac yox idi.
Dr Smith "Alovların meydana gətirdiyi enerji ilə bağlıdır. Avtomobillər kilometrlərlə uzaqda ola bilər, amma yenə də alovlana bilərlər" deyib.
23 iyulda Yunanıstanda baş vermiş yanğın
Yanğınla mübarizə aparmaq
Yanğınsöndürənlər alovu oksigen və yanacaqdan uzaq tutmaqla yanğınla mübarizə aparır.
28 iyunda İngiltərədə baş vermiş yanğın
Su tökmək, təyyarələrdən gübrədən ibarət olan "alovlanmağı geciktirənlərin" atılması alovun yayılmasını zəiflədir.
7 dekabr 2017-də ABŞ-ın Kaliforniya ştatında baş vermiş yanğın
Mütəxəssislər deyir ki, yanğınla mübarizədə ən yaxşı yollardan biri otların kəsilməsi və bununla da yanğının yolunun kəsilməsidir.
Milli.Az