İki saat ərzində 17 milyard dollar itirdi

27 İyul 2018 05:30

Feysbuk sosial şəbəkənin banisi Mark Sukerberq 2 saat ərzində 17 milyard dollar itirib.

Milli.Az xəbər verir ki, buna səbəb analitiklərin bədbin proqnozlarının yer aldığı rüblük hesabatın dərcindən sonra şirkətin səhmlərinin kəskin ucuzlaşması səbəb olub.

Hesabatda deyilir ki, şirkətin rüblük gəliri təxminən 13 milyard dollar təşkil edib. Bu, planlaşdırılmış göstəricilərdən aşağı olub. Hər gün sosial şəbəkəyə daxil olması gözlənilən istifadəçilərin sayı 1,49 milyard olduğu halda, son göstərici 1,47 milyard nəfər olub. Səhmlərin 24 faiz ucuzlaşması gəlirin artım sürətinə də mənfi təsir edib.

"Blomberg"in versiyasına görə, Mark Sukerberq iyulun əvvəlində planetin ən zəngin insanlarının siyahısında üçüncü yerə çıxıb. Onun sərvəti 81,6 milyard dollar qiymətləndirilirdi. Reytinqin iyulun 25-də yenilənmiş versiyasında isə onun sərvətinin 86,6 milyard dollar olduğu bildirilirdi. (publika.az)

Milli.Az