Göydələndə şəlalə quruldu - Baha başa gəlir deyə ildə bir dəfə işlədilir - VİDEO - FOTO

24 İyul 2018 13:20

Çində göydələndə süni şəlalə qurulub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Guiyan şəhərində göydələnin qarşısında hündürlüyü 108 metr olan şəlalə yaradılıb.

Şəlalənin 1 saat işləməsi üçün 116 dollar sərf olunur. Şəlalə günorta vaxtı işləyəndə göyqurşağı peyda olur.

Süni şəlalə "Guizhou Ludiya Property Management" şirkəti tərəfindən tikilib.

Şirkətin meneceri bildirib ki, "elektrik enerjisinə qənaət etmək üçün şəlalə, sadəcə, bayramlarda, özəl günlərdə, 15-20 dəqlik işlədilir".

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Göydələndə şəlalə quruldu