Arşavinlə Fabreqas üçün mövsüm bitdi

2 Aprel 2010 12:37
Avropa mətbuatının yazdığına görə, klubun əsas oyunçuları olan Andrey Arşavinlə Sesk Fabreqasın Çempionlar Liqasının ¼ final çərçivəsində "Barselona" ilə keçirilən qarşılaşmada aldıqları zədələrin ciddi olduğu üzə çıxıb. Tibbi müayinə zamanı hər iki futbolçunun bu mövsüm meydana çıxa bilməyəcəyi aydınlaşıb.

İndi futbolçuların əsas məqsədi yayda keçiriləcək dünya çempionatına hazırlaşmaqdır.

Milli.Az