Ən uğurlu qadın rejissor kimdir?

7 Sentyabr 2011 15:32
Milli.Az xəbər portalı "DreamWorks Animation"a istinadən bildirir ki, həmin şəxs Cennifer Yudur.

Yunun cəmi bir filmi var ki, o da 2011-ci ilin mayında prokata çıxarılmış "Kunq Fu Panda 2" multfilmidir.
Adı çəkilən multfilm kinoteatrlarda 650 milyon dollar yığıb ki, bu da qadının çəkdiyi film üçün rekord göstəricidir.

İkinci yeri "Mamma MİA!" müziklinin kinorejissoru Fillida Lloyd tutub. ABBA qrupunun mahnılarına əsaslanan həmin lent 2008-ci ildə ekranlara çıxıb və 610 milyon dollar toplayıb.

Milli.Az