Daha iki ölkə Abxaziyanın müstəqilliyini tanıya bilər
2 Aprel 2010 12:24
Rusiya mətbuatının yazdığına görə, bunu tanınmamış respublikanın "xarici işlər naziri" Maksim Qvinciya bildirib. Bu yaxınlarda Venesuela, Argentina, Çili, Boliviya və Ekvadorda səfərdə olmuş "nazir"in sözlərinə görə, yaxın vaxtlarda Boliviya ilə Ekvadorun Abxaziyanın müstəqilliyini tanıyacağı gözlənilir.
Xatırladaq ki, indiyədək Abxaziyanı Rusiya, Venesuela, Nikaraqua və Nauru Respublikası müstəqil dövlət kimi tanıyıb.
Milli.Az