"Bavariya"nın prezidenti: Özilin millidən getməsinə sevinirəm

23 İyul 2018 13:04

"Bavariya"nın prezidenti Uli Höness Məsut Özilin Almaniya millisindəki karyerasını bitirməyinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, türk əsilli futbolçunun yığmadan getməsinə sevindiyini söyləyib:

"Sevinirəm ki, hər şey başa çatdı. Özil illərdir bərbad oynayır. O, sonuncu dəfə DÇ-2014-dən əvvəl hansısa oyunda rəqibdən top almışdı".

Qeyd edək ki, Özil dünən şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlayıb. "Arsenal"ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.

Milli.Az