Rəcəb Tayyib Ərdoğan ilə çəkdiyi fotoşəkil səbəbiylə almanların hədəfinə tuş gələn Məsud Özil Almaniya milli komandasını tərk etdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, Məsud Özil sosial media hesabında qərarını belə izah edib:
"Prezident Ərdoğanla çəkdirdiyim şəkildən sonra çox təzyiqlər yaşadım və baş məşqçi Löv ilə görüşdüm və Dünya Kuboku üçün istirahətimi yarımçıq qoyaraq Almaniya millisinə qatıldım. Bütün bunlara baxmayaraq, Alman Futbol Federasiyasının prezidenti Qrindel sözügedən şəkillə bağlı açıqlama verməyimi tələb etdi. Mən də açıqlayıram, amma Qrindel istədiyi üçün yox, öz istədiyim üçün bunu edirəm. Almaniya milli komandasını tərk edirəm!"
Gənclər və idman naziri Mehmet Kasapoğlu Məsud Özilin bu qərarı dəstəkləyərək "Qardaşımız Mesut Özilin şərəfli mövqeyini dərindən dəstəkləyirik" şəklində sosial media hesabında paylaşım edib.
Həşim Səhrablı
Milli.Az