Ərbildə valilik idarəsinə hücum: 2 yaralı

23 İyul 2018 10:54

İraqın Ərbil şəhərindəki valilik idarəsinə silahlı hücum olub.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, silahlı şəxslər valilik binasına hücum edərək 2 nəfəri yaralayıblar.

Qeyd edək ki, ötən ilin sentyabr ayında kürdlər muxtar vilayətin yaradılması barədə təşkil olunan referendumda 90 faizlik nəticə ilə qalib olsalar da, Bağdad  nəticələri tanımayıb.

Bəxtiyar Umarlı
Milli.Az