ABŞ 14 ölkə üçün viza rejimini sərtləşdirir

2 Aprel 2010 12:07
"Associated Press" agentliyinin məlumatına görə, səbəb turist adı ilə ölkəyə terrorçuların gəlişinin qarşısını almaqdır. Bu üzdən 14 ölkədən gələn turistlərin ABŞ-ın hava limanlarında yoxlanılması da daha ciddi həyata keçiriləcək. "Qara siyahı"ya düşən ölkələr Əfqanıstan, Əlcəzair, Kuba, İran, İraq, Livan, Liviya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Suriya və Yəməndir.

Milli.Az