Facebook daha bir analitika şirkəti ilə əməkdaşlığı dayandırıb

24 İyul 2018 21:20

Bostonda yerləşə analitika şirkətinin Facebook və Instagram istifadəçilərinin məlumatlarını necə topladığı və paylaşdığı müəyyən edilənədək, Facebook şirkəti ilə əməkdaşlığı dayandırılır. Bu barədə dünyanın ən nəhəng sosial şəbəkəsi məlumat verib.

Facebook şirkəti əməkdaşlığının dayandırılmasını cümə günü elan edib.

Bu barədə ilk məlumat verən The Wall Street Journal qəzeti yazır ki, Crimson Hexagon analitika şirkətinin müştəriləri arasında Kreml ilə əlaqələri olan Rusiya qeyri-hökumət təşkilatı var.

Facebook bildirib ki, Crimson Hexagon həyata keçirilən tədqiqatla bağlı şirkətlə əməkdaşlıq edir və hal-hazırda olan məlumata görə, Crimson Hexagon-un Facebook və Instagram istifadəçiləri haqqında məlumatların qeyri-qanuni əldə edilməsi ilə bağlı heç bir sübut yoxdur.

Crimson Hexagon şirkətinin nümayəndəsi Kris Binqham deyib ki, şirkət yalnız hər kəsin əldə edə bildiyi və ictimaiyyətə açıq olan məlumatları toplayır.

Bu ilin əvvəli Cambridge Analytica şirkətinin milyonlarla Facebook istifadəçisinin məlumatlarını qeyri-qanuni əldə edilməsi xəbəri böyük səs-küyə səbəb olmuşdu (

Milli.Az