"Fitch Ratings" Azərbaycana verilən beynəlxalq reytinqi dəyişməz saxlayıb
7 Sentyabr 2011 11:03
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycana verilən uzunmüddətli yerli və xarici valyutada "BBB-" səviyyəsində "Pozitiv" proqnozlu suveren investisiya reytinqi dəyişməz olaraq qalır. Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings"-in Azərbaycan üzrə Suveren Qrupunun direktoru Charles Seville Azərbaycan Maliyyə Nazirliyinə ünvanladığı məktubda bildirib.
"Fitch Ratings" beynəlxalq reyting agentliyi tərəfindən 2010-cu il may ayının 20-də Azərbaycan Respublikasına ölkə tarixində ilk dəfə olaraq uzunmüddətli yerli və xarici valyutada "BBB-" səviyyəsində "Sabit" suveren investisiya reytinqi verilib. Cari ilin may ayının 17-də isə Agentlik "BBB-" səviyyəsini saxlayaraq, reytinq üzrə proqnozun "Sabit"dən "Pozitiv"ə yüksəldilməsi barədə qərar qəbul edib.