ABŞ-da kater batdı: 17 nəfər ölüb - FOTO

21 İyul 2018 07:27

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub. 

Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 

Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.  

Milli.Az