Əlvida, Mister Bin... - FOTO

7 Sentyabr 2011 10:34
İngilis aktyor, 56 yaşlı Rouen Atkinsonun dediyinə görə, bundan sonra da Mister Bin rolunda oynamaq üçün çox qocadır.

Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı hədsiz populyarlıq və reytinq qazanmışdı. Belə ki, serialın növbəti seriyası göstəriləndə ona Britaniyada ən azı 18 milyon insan baxırdı.

Mister Bin hətta o qədər populyarlaşmışdı ki, xarici ölkələrin "qəhrəman"larının asan qəbul olunmadığı ABŞ-da da ani olaraq məşhurlaşmışdı.
Daha sonra, 1997-ci ildə, "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu.

2007-ci ildə isə "Mister Binin istirahəti" (Mr Bean's Holiday) filmi çəkildi.

Atkinson öz obrazını "insan dərisindəki dana" adlandırırdı.

"Bundan sonra nə zamansa Bin olmayacağımı tam qətiyyətlə demək istəməzdim. Amma nə edəsən ki, bu obraz üçün çox qocayam. Yaşlaşmışam, Mister Bin artıq mənlik deyil. Onu əvvəllər zaman meyarlarından xaric, əbədi bir obraz sayırdım. Lakin vaxt keçir, hər şey dəyişir", - Atkinson deyib.

Milli.Az