Rusiyadakı dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 30 yaşlı hücumçunun özü bildirib. O, gümüş medalı istəmədiyini söyləyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".
Qeyd edək ki, daha öncə Xorvatiya Futbol Federasiyasının sözçüsü Tomislav Paçak Nikola Kaliniçə medal veriləcəyini deyib. Kaliniç DÇ-2018-in qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.
Milli.Az