ABŞ-da tornado baş verib, yaralananlar var

20 İyul 2018 08:47

ABŞ-ın Ayova ştatında tornado baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tornado binaların dağılmasına və insanların txəliyəsinə gətirib çıxarıb. Nəticədə bir neçə nəfər yaralanıb.

Pella şəhərində təbii fəlakət yerli müəssisələrdən birinə ciddi zərər vurub, müəssisənin bir neçə işçisi yaralanıb və xəstəxanaya yerləşdirilib.

Marşalltaun şəhərində təbii fəlakət bir neçə binanı məhv edib. İnsanlar təxliyə edilib.

Milli.Az