Vüsal Hüseynov: "Dövlət Miqrasiya Xidməti korrupsiyadan uzaq fəaliyyət göstərir" - FOTO

19 İyul 2018 12:54

"Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində neqativ halların olmaması Prezident İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan əsas vəzifələrdən biridir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O qeyd edib ki, bu gün Xidmət neqativ hallardan, xüsusən korrupsiyadan uzaq fəaliyyət göstərir: "Əgər elə bir hal olarsa, bizim sistemdən kənarda ola bilər və bu cür halların dərhal qarşısı alınır".

V.Hüseynov bildirib ki, Xidmətdə daxili nizam-intizamın təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb:

"Müəyyən əməkdaşlar Xidmətdən kənarlaşdırılıb, yerdəyişmələr olub, daxili nəzarət sistemi təkmilləşdirilib".

Milli.Az