Bir müddətdir ki, efirlərdən uzaq qalan aparıcı Zühal Topal geri qayıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Radio və Televiziya Şurası (RTÜK) tərəfindən evlilik proqramı bağlanan aparıcı başqa formatda layihə hazırlayıb.
Zühal TV 8-də yayımlanan "Yemekteyiz"ə bənzəyən verilişin aparıcısı olacaq. Proqram Fox TV-də yayımlanacaq.
Artıq aparıcı kanal rəhbərliyi ilə müqavilə imzalayıb.
Qeyd edək ki, "Zühal Topalla" adlı evlilik verilişi RTÜK tərəfindən dəfələrlə cərimələnmiş, daha sonra Şura proqramın bağlanması barədə qərar vermişdi.
Milli.Az