FİFA Rusiyada keçirilən dünya çempionatının simvolik heyətini açıqlayıb.
Milli.Az apasport.az saytı xəbər verir ki, ali futbol qurumu rəmzi "11-liy"i azarkeşlər arasında aparılan sorğu ilə müəyyənləşdirib.
Maraqlıdı ki, Fransa dünya çempionu olmasına baxmayaraq, cəmi 2, finalçı Xorvatiyanın isə 1 oyunçusu azarkeşlərin rəğbətini qazana bilib. Əksinə, 1/4 final mərhələsində mübarizəni dayandıran Braziliyanın 3 üzvü simvolik komandaya düşüb.
Mundialın rəmzi "11-liy"i: Tibo Kurtua (Belçika) - Rafael Varan (Fransa), Tiaqo Silva, Marselo (Braziliya), Dieqo Qodin (Uruqvay) - Luka Modriç (Xorvatiya), Filipp Koutinyo (Braziliya), Kevin De Bruyne (Belçika) - Kilian Mbappe (Fransa), Harri Keyn (İngiltərə), Kriştianu Ronaldo (Portuqaliya).
Qeyd edək ki, dünya çempionatının finalında Xorvatiya üzərində 4:2 hesabı ilə qələbə qazanan Fransa yığması kuboku qazanıb.
Milli.Az