Məşhur modellə reper "Ehtiras"a çəkildilər - VİDEO - FOTO

18 İyul 2018 20:12

Amerikalı supermodel Kayli Cenneri qeyri-rəsmi nikahda olduğu əri Trevis Skottla birlikdə GQ jurnalı üçün "Ehtiras" adlı fotosessiyaya çəkilib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, onlar 1978-ci ildə Serj Ginzburq və Ceyn Birkinin çəkildikləri, moda dünyasının ikonalarından birinə çevrilmiş fotodakı pozanı da təkrarlayıblar.

Əsl ad və soyadı Jak Bermon Uebster olan 26 yaşlı reper fotosessiyada qara kostyumda, 20 yaşlı model isə mini ətəklə qara çimərlik paltarında olub.

Trevislə Kaylinin izdivacında Stormi adlı qız doğulub.

Milli.Az