SOCAR "Novıy potok"un səhmlərinin 50 faizini almayıb

17 İyul 2018 23:21

SOCAR Rusiyanın "Novıy potok" şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı ilə bağlı bəzi KİV-lərdə yer alan məlumata münasibət bildirib.

SOCAR-dan Milli.Az-a bildirilib ki, şirkətin "Novıy potok"un səhmlərini almasi barədə yayilan məlumat əsassızdır.

Qeyd edək ki, bu gün pravdaurfo.ru saytında SOCAR-ın Rusiyanın "Novıy potok" şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı barədə iddia yer alıb.

Milli.Az