Finlandiya prezidenti əməliyyat olunub

17 İyul 2018 22:06

Finlandiya prezidenti Sauli Niiniste cərrahi əməliyyat olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.

Məlumatda bildirilir ki, Yorvidəki xəstəxanada baş tutan əməliyyat uğurlu olub. Artıq ölkə prezidenti evə buraxılıb. Lakin buna baxmayaraq, onun tam sağalma dövrü bir həftə davam edəcək.

Həkimlər prezidentinə səfərə, səyahətə çıxmamağı tövsiyə ediblər. Ancaq o, sağalma dövründə gündəlik işi ilə məşğul ola bilər.

Milli.Az