DÇ-2018-də "Qızıl əlcək" mükafatına sahib çıxan Belçika millisinin üzvü Tibo Kurtua ölkəsinin mətbuatına açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ən yaxşı qapıçı titulunu aldığına görə xoşbəxt olduğunu, lakin fikrinin hələ kuboku necə qazana bilmədiklərində olduğunu bildirib.
"Dostlarım gəlib ən yaxşı oyunçu mükafatının Luka Modriçə, ən yaxşı qapıçı mükafatının isə mənə verildiyini dedilər. O an çox sevincli idim. Mənim üçün böyük bir fəxrdir. Qurtarışlar edərək, komandama kömək etmək mənim üçün vacibdir.
Final oyununu televiziyadan izləyirdim. Lakin son dəqiqələrdə televizoru söndürdüm. Çünki Fransanın qələbəni qeyd etməsini izləmək istəmədim".
Belçika DÇ-2018-in yarımfinal mərhələsində Fransaya 0:1 hesabı ilə məğlub olaraq, mundialı tərk etmişdi.
Milli.Az