Paytaxtda piyada vurulub
2 Aprel 2010 10:52
ANS-in məlumatına görə, hadisə Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi yerdə qeydə alınıb.
Paytaxt sakini 38 yaşlı Sərdar İbrahimov yolun əks tərəfinə keçmək istəyərkən hərəkətdə olan "Mercedes" markalı avtomaşının zərbəsinə tuş gəlib.
Baş nahiyəsindən ağır xəsarət alan yaralı S. İbrahimov ətrafdakıların köməkliyi ilə 1 saylı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az