Azərbaycan karateçiləri “Turkish Open”də 9 medal qazanıblar

17 İyul 2018 11:45

Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində ənənəvi beynəlxalq "Turkish Open" turnirində 9 medal qazanıblar.

Milli.Az report.az-a xəbər verir ki, Fərid Savadov (13 yaşlı uşaqlar, 40 kq) Tale Yaqubov (14 - 15 yaşlı yeniyetmələr, 63 kq) və Fərid Ağayev (14 - 15 yaşlı yeniyetmələr, 70 kq) yarışın qalibi olub.

Elcan Məmmədrzayev (18 yaşdan yuxarı, 60 kq), Neda Rezai (18 yaşdan yuxarı, kata), Suzanna Aslanova (14-15 yaşlı yeniyetmələr, kata) və Malik Məmmədli (6 - 7 yaşlı uşaqlar, 35 kq) gümüş medal əldə edib. Hüseyn Hüseynzadə (14 - 15 yaşlı yeniyetmələr, +70kq) və Murad Hacızadə isə (18 yaşdan yuxarı, +84 kq) bürünc medala yiyələnib.

Beləliklə, Azərbaycan yığması 3 qızıl, 4 gümüş və 2 bürünc medalla 22 ölkə arasında 5-ci yeri tutub. "Turkish Open"də 32 ölkədən 1083 idmançı mübarizə aparıb.

Milli.Az