Rusiyada keçirilmiş DÇ-2018-də qalib gələrək dünya çempionu titulunu qazanmış Fransa yığması Parisə qayıdıb.
Milli.Az European-a istinadən bildirir ki, 500 min fanat şəhərin mərkəzindəki "Champs-Elysees"də komandanı qarşılayıblar.
İkimərtəbəli avtobusda olan komanda və baş məşqçi Didye Deşam "qələbə paradı"nda küçəni keçiblər.
Bu zaman Fransa Hərbi-Hava Qüvvələrinin təyyarələri səmada şou göstəriblər.
Komanda üzvləri daha sonra Yelisey Sarayına yollanaraq Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makronla görüşüblər.
Komandaya daha sonra futbolçuların ailə üzvləri, xanımları və sevgililəri də qoşulublar.
Yelisey Sarayında yığmanın şərəfinə verilmiş ziyafətə 1300 qonaq qatımışdı. Onların əksəriyyəti uşaq futbol komandalarının oyunçuları idilər.
Ziyafətdən sonra E.Makron, B.Makron və komanda üzvləri birlikdə "Marselyoza" oxuyublar.
Milli.Az