Ermənistanda Ədliyyə Nazirliyinin binası uçub - Ölən var

16 İyul 2018 20:32

Ermənistanda Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin binası uçub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yanğın texnikası və elektrotexnika ekspertizası şöbəsinin rəisi Araik Karapetyan həlak olub.

Məlumata görə, o, binanın dağıntıları altında qalıb.

Bundan başqa, daha iki nəfər yaralanıb.

Milli.Az