Rusiya mundialı 3-cü ən məhsuldar dünya çempionatı oldu

16 İyul 2018 12:58

Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatı üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarışda 169 qol vurulub. Bu isə DÇ-1998 və DÇ-2014-dən sonra üçüncü göstəricidir. Fransa və Braziliyada təşkil olunmuş həmin dünya çempionatlarında 171 qol qeydə alınıb.

DÇ-2018-də vurulan 169 qoldan 73-ü standart vəziyyətdən reallaşdırılıb. Bu, DÇ-1966-dan sonra ən yaxşı göstəricidir.

Qeyd edək ki, dünya çempionatının qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

Milli.Az