Mundialın “11-liy”i

16 İyul 2018 11:18

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) başa çatan DÇ-2018-in ən yaxşılarının adlarını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 5 nominasiyada mükafatçıları müəyyənləşdirən qurum rəmzi "11-liy"i də tərtib edib.

Heyətdə Fransanın 5, Belçikanın 3 futbolçusu yer alıbsa, Xorvatiya, Braziliya, Kolumbiya 1 oyunçu ilə təmsil olunub. Yığmanın "sükan"ına da fransalı layiq görülüb.

"11-lik"

Qapıçı: Tibo Kurtua (Belçika);

Müdafiəçilər: Tomas Menye (Belçika), Tyaqo Silva (Braziliya), Rafael Varan (Fransa), Yerri Mina (Kolumbiya);

Yarımmüdafiəçilər: Nqolo Kante (Fransa), Luka Modriç (Xorvatiya), Pol Poqba (Fransa);

Hücumçular: Killian Mbappe (Fransa), Eden Azar (Belçika), Antuan Qrizmann (Fransa);

Baş məşqçi: Didye Deşam (Fransa).

Ən yaxşılar

Qapıçı: Tibo Kurtua (Belçika)

Pleymeyker: Luka Modriç (Xorvatiya)

Futbolçu: Antuan Qrizmann (Fransa)

Hakim: Nestor Pitana (Argentina)

Məşqçi: Didye Deşam (Fransa)

Milli.Az