Bu iki qadın axtarışa verildi - İnsan alverinə görə

15 İyul 2018 12:00

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2 qadını axtarışa verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Gəncə sakini, 26 yaşlı Hüseynova Günel Bəylər qızı və Sumqayıt sakini, 32 yaşlı Seyfullayeva Günay Rasim qızı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə şübhəli bilinərək barələrində axtarış elan edilib.

Hazırda həmcinslərini cinsi istismara cəlb edən bu şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az