Röya da sezonu açdı - FOTO

14 İyul 2018 13:33

Yayın gəlişi ilə azərbaycanlı məşhurlar istirahət üçün xarici ölkələrə üz tutmağa başlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sezonu açan tanınmışlar siyahısında əməkdar artist Röya Ayxan da var.  

36 yaşlı müğənni tətil üçün Türkiyəyə üz tutub. O, istirahət edən zaman fotolar çəkdirib, İnstaqram səhifəsində paylaşıb.

Röyanın həmin şəkillərini 21 mindən çox insan bəyənib. 

Uzun müddətdir ki, paylaşımlarında şərh bölməsini bağlayan ifaçı bu dəfə ənənəsinə sadiq qalmayıb və səhifəsində rəylərin yazılmasına icazə verib. 

Milli.az