Tovuz sakinindən qumbara götürüldü

14 İyul 2018 11:43

Tovuz sakinindən qumbara götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Öysüzlü kəndində yaşayan, əvvəllər məhkum olunmuş Aftandil Aslanovun evindən "F-1" qumbarası aşkar edilərək götürülüb. 

Milli.Az