Tom Kruz yeni filmini təqdim etdi - FOTO

16 İyul 2018 20:14

Londonda "Mission: Impossible - Fallout" filminin təqdimat qala-gecəsi olub. Filmin nümayişi iyulun 25-də başlanacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qala gecəsinə filmdə baş rollarda oynamış 51 yaşlı Tom Kruz, 31 yaşlı aktrisa Vanessa Kirbi və 34 yaşlı Rebekka Ferqüsson əsas fiqurlar idilər.

Tom Kruz jurnalistlərin suallarını cavablayarkən deyib ki, Parisdəki Eyfel qülləsindən paraşütlə atılmaq istəyir.

Milli.Az