Tayvanda 4,6 bal gücündə zəlzələ olub

14 İyul 2018 08:43

Tayvanda 4,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Taytung şəhərindən 26 km şimalda yerləşib. Zəlzələ ocağının dərinliyi 10 km olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Milli.Az