Gün ərzində dənizdə batan 13 nəfər xilas olunub

13 İyul 2018 22:41

Gün ərzində dənizdə batan 13 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Novxanı, Mərdəkan, Zağulba-3, Niyazabad, Türkan, Nardaran-2, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 13 nəfər xilas olunub.

Milli.Az