Göygöldə yanğın baş verib

13 İyul 2018 21:30

Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, rayonun Əlimədədli kəndində 200 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı əkin sahələri və transformator yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az