"Milyoner adam məni hovuzun dibində ..." - Zaur Niyamı ÖZÜNDƏN ÇIXARDI - VİDEO

13 İyul 2018 20:50

Ötən gün "5/5"-də qonaq olan Niyam Salaminin canlı ifası aparıcı Zaur Kamalı məst edib.

Milli.Az xəbər verir ki, aparıcı Niyamın ifasından sonra "Deyirəm bir yaxşı bağ evin ola. Qəşəng hovuzun qırağında uzanasan. Niyamı da çağırasan "Niyam, səhərə qədər oxu"" fikirlərini səsləndirib.

Zaurun sözləri Niyaminin xoşuna gəlməyib:

"Mən səhərə qədər oxuyanlardan deyiləm. Sənin canın üçün. Heç milyoner adam məni hovuzun dibində oxuda bilməz. Özdə bu zamana kimi hovuzun qırağında oxumamışam. Mənim elə şeydən xoşum gəlmir". 

Zaur Kamal müğənniyə "Pulum olandan sonra harda istəsəm, oxutduraram səni" deyib.

Niyamın cavabı özünü çox gözlətməyib:

"O qədər o puldan başıma səpiblər ki, gözümü açmamışam".

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: