Rusiyada oğurlanan biznesmen belə xilas edildi - VİDEO

13 İyul 2018 20:18

Rusiyada oğurlanan erməni əsilli iş adamı Sergey Budaqov tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq komitəsi aqroholdinq sahibinin azad edildiyi anların görüntüsünü yayıb. Bildirilir ki, xüsusi əməliyyat zamanı iş adamı yatmış halda aşkarlanıb, onu polislər oyadıblar.

Xatırladaq ki, bir neçə gün öncə naməlum şəxslər "Orlovskaya Niva" holdinqinin sahibi Sergey Orlovu maşınından oğurlayıblar. Onlar azadlıq müqabilində 20 milyon rubl tələb ediblər. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada oğurlanan biznesmen belə xilas edildi