Diqqət! Dənizdə bu xəstəliklərə yoluxa bilərsiniz

13 İyul 2018 22:17

Alimlər sübut edib ki, çimərlik və dənizdə istirahət edən insan bəzi xəstəliklərə yoluxa bilər.

İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin siyahısı arta bilər. Əgər çimərlik və hovuzdan qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin.

Milli.Az medicina.az-a istinadən uşaqdan böyüyə hər kəsin çimərlikdə yoluxa biləcəyi xəstəliklərin siyahısını təqdim edir.

Qurdlar

Çimərlik qumu steril deyil. Orda itlər, pişiklər gəzir, dənizdən müxtəlif mikroorqanizmlər düşür. Ona görə bu qumda çox rahatlıqla parazit qurdları tapılır: askarid, toksokar, vlasoqlav. Bu səbəbdən qumun üzərində yox, şezlonq, topçan və ya heç olmasa dəniz dəsmalı, xüsusi örtüyün üzərində uzanmaq lazımdır.

Apteklərə boşuna pul xərcləməyin! Göbələydən təbii üsulla ...
 
Prostatiti yox edəcək güclü vasitə!
 
Məlum oldu ki, prostatit bu vasitədən it kimi qorxur
 
Agzinizda pis iy var? Veya həddindən artıq tərləyirsiniz?
Çimərlikdə bacardıqca az yemək yeyin. Dırnaqlarınızın dibinə keşmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, çimdikdən sonra duş altında yaxalanıb, əllərinizi və dırnaqların dibini sabunla yuyub, sonra yemək yeyəsiniz.

Göbələk

Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çınqıl mikozların sevdiyi və çoxaldığı mühitdir. Göbələk daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, çimərlik başmağı ilə yaxınlaşıb gəzin.

Viruslar

Dənizdə çiməsən, dəniz suyu udmayasan? Ən azı bir-iki damcı dəniz suyu ağız boşluğuna düşəcək.Xüsusən uşaqlar bunu kontrol edə bilmir. Dəniz və hovuz suyunda bağırsaq çöpləri, enteroviruslar və xolera var. O halda bunlara yoluxmaya bilərsiz ki, xüsusi təchizatlı çimərliklərdə və hövzələrdə çimirsiz, hansı ki, orda sulardan laborarotiya sınaqları götürülür. Əgər getdiyiniz yerin suyunu heç kim yoxlamırsa, o zaman istənilən virusa hazır olun.

İltihblar

Daha çox bağırsaq, mədə və cinsi orqanların iltihabi xəstəlikləri rast gəlinir. Xüsusən kritik günlərdə dənizə girən qadınlar təhlükə altındadır. Çünki istər tampon, istər bez dəniz suyunu özünə hopduraraq, ordakı bakteriya və virusları cinsiyyət yollarına ötürür. Yaxşı olar ki, kritik gündə dənizə girməyəsiz.

Sistit

Yaş çimərlik geyimində və alt paltarında çox gəzmək, uzanmaq olmaz. Bu sidik kisəsini soyuqlada bilər. Ona görə çox qadınlar yayın sonu sistitlə üz-üzə qalır. Xüsusən əvvəlcədən sistiti olan insan üçün risk daha çoxdur. Yeganə yol dənizdən çıxan kimi  dəyişik geyim geyinməkdir.

Böyrək xəstəlikləri

Böyrəklər nəmişlik və soyuq sevmir. Bu səbəbdən yaş çimərlik geyimində gəzmək və oturmaq böyrək xəstəliklərinin riskini xeyli artırır. Çimərlik mövsümünün sonunda uroloqlara müraciət edən insanların sayı adətən artır.

Bu səbəbdən dənizdən çıxanda bədəninizi mütləq qurulayın və quru paltar geyinin.

Milli.Az