"Neftçi"nin zədələnən futbolçusunun durumuna aydınlıq gətirildi

13 İyul 2018 20:12

 Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt"i ilə ilk oyunun birinci hissəsində zədələndiyi üçün əvəzlənən Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu gün keçirilən tibbi baxışdan sonra 23 yaşlı yarımmüdafiəçinin sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.

İyulun 14-də futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra onun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək.

Qeyd edək ki, matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az