Goranboyda avtomobil aşdı - Yaralılar var

13 İyul 2018 16:46

Naftalan-Goranboy magistralında yol-nqəliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Goranboy rayonunun Qızılhacılı ərazisində qeydə alınıb. 

Belə ki, 1957-ci il təvəllüdlü, Elxan Məmmədovun idarə etdiyi "Mazda" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və daha iki nəfər, sürücünün qızı və nəvəsi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az