Azərbaycanlı hakim-inspektor Avropa Liqasının oyununda

13 İyul 2018 19:55

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb. 

Milli.Az report.az-a istinadən xəbər verir ki, veteran futbolçu Avropa Liqasında I təsnifat mərhələsinin "Jalgiris" (Litva) - "Kİ Klaksvik" (Farer adaları) oyununda iş başında olacaq.  Görüş iyulun 19-da Vilnüsdə Litva Futbol Federasiyasının stadionunda keçiriləcək. 

Bu komandalar arasındakı ilk görüşdə "Jalgiris" qalib gəlib - 2:1. 

Milli.Az